Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" və "Qarabağ" komandaları arasında yoxlama oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.
Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matçda birinci qolu 2-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Emreli vurub. Cəmi 13 dəqiqə sonra Xayme Romero hesab arasındakı fərqi 2-yə çatdırıb. 37-ci dəqiqədə Filip Ozobiç 3-cü topu Masazır təmsilçisinin qapısından keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İlk hissənin gedişində komandalar üçün 2 dəfə - 15 və 30-cu dəqiqələrdə su fasiləsi verilib. Bundan əlavə, birinci yarının sonlarında görüşün baş hakimi Kamal Umudlu meydanın kənarında kollektiv məşq edən "Sabah"ın futbolçularına iradını bildirib və onlara 5 nəfərlik qruplar şəklində hazırlaşmağı tapşırıb. Bundan sonra futbolçular iki hissəyə bölünərək isinmə hərəkətlərinə davam ediblər.
Görüşdə son nöqtəni isə Ovusu Kvabena qoyub. O, 90-cı dəqiqədə komandasının "Sabah" üzərində 5:0 hesablı qələbəsini rəsmiləşdirib.
Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə "Sabah"ın heyətində Mario Marina ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Komandalar meydana aşağıdakı start heyətlərlə çıxıblar:
Sabah": 1. Saşa Stamenkoviç, 38. Arsen Ağcabəyov, 13. Filip Ivanoviç, 5. Kərim Diniyev, 22. Elgün Nəbiyev, 42. Reza Biqdelo, 6. Vadim Abdullayev, 10. Cavid Imamverdiyev, 23. Amadu Diallo, 91. Ceyhun Nuriyev, 99. Ramil Şeydayev.
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 9. Xayme Romero, 11. Mahir Emreli
Yoxlama oyunu
9 iyun
19:30. "Sabah" - "Qarabağ" 0:5
Qollar: Mahir Emreli, 2; 65. Xayme Romero, 14. Filip Ozobiç, 37, Ovusu Kvabena, 90+4