Peşəkar Futbol Liqası (PFL) klublara Azərbaycan Premyer Liqasının vaxtından əvvəl başa çatdırılması təklifinə münasibət öyrənmək üçün məktub göndərilib.
Bunu Sportnet.az-a açıqlamasında PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.
Qurum rəsmisi bildirib ki, bu, sorğu xarakterli bir məktubdur: "Klubların fikirlərini rəsmi öyrənmək bizim üçün önəmlidir. Komandalar onlar üçün ayrılmış 21 günlük toplanışın bir neçə günündə sərtləşditrilmiş karantin rejiminə görə məşq edə bilmirlər. Meydana çıxa biləcək problemləri bilmək üçün klubların rəsmi cavabını öyrənirik. Çünki çempionatda çıxış edən onlardır".
Qeyd edək ki, bu gün PFL klublardan çempionatın davam etdirilməsini istəyib-istəmədiklərini soruşub (sportinfo.az). Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunmalıdır.