
"Neftçi" klubu futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək.
Sportnet.az xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir. Flaqman bəyan edib ki, rəhbərlik futbolçunun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək.