
UEFA milli assosiasiyalara Çempionlar Liqasında iştirak edəcək komandanın adını açıqlamaq üçün avqustun 3-dək vaxt verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Komitə 3 avqustu son tarix kimi müəyyənləşdirib. Yeni təqvimdə Çempionlar Liqasında iştirak üçün siyahıya toxunulmayacaq. İcraiyyə Komitəsi növbəti mövsümün təqvimini də təsdiqləyib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi iyunun 18-də video-konfrans formatında iclas keçirəcək. İclasda Azərbaycan Premyer Liqasının bərpa məsələsinə baxılacaq.