Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan mövsümdən qalan sarı vərəqə cəzaları silinəcək.
Spornet.az-ın məlumatına görə, yeni - 2020/2021 mövsümü üçün yalnız qırmızı vərəqələr qüvvədə qalacaq.
2019/2020 mövsümündə yalnız "Zirə"nin kapitanı Cavid Hüseynov 4 oyunluq cəzasını tam çəkməyib. 31 yaşlı yarımmüdafiəçi XVII turda "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşdə baş hakim Rəhim Həsənovu təhqir edib və 4 oyunluq cəza alıb. Premyer Liqa XX turda dayandırıldığından, Hüseynov qalan 1 matçlıq cəzasını 2020/2021 mövsümünün ilk turunda çəkəcək.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən "Qarabağ" mövsümün qalibi olub. "Neftçi" gümüş, "Keşlə" isə bürünc medala sahib olub. 5-ci yeri tutan "Zirə" "Sumqayıt"la eyni xala malik olsa da, avrokuboklardan kənarda qalıb. Əvəzində "gənclik şəhəri" təmsilçisi top fərqində daha üstün olduğu üçün Avropa Liqasına vəsiqə qazanıb.