“Keşlə” klubu yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, 32 yaşlı futbolçu növbəti mövsüm də paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Con Kamara 2019-cu ilin yanvarından "Keşlə"nin şərəfini qoruyur.
"Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç və Rəşad Əzizlinin müqaviləsi yenilənib.