"Qarabağ" klubu heyətini gənc futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, bu barədə komandanın sabiq kapitanı Rəşad Sadıqov bildirib. Onun sözlərinə görə, ötən mövsümü "Sumqayıt"da keçirmiş Elvin Cəfərquliyev Ağdam təmsilçisinin sərəncamına qayıdıb. Sadıqov 20 yaşlı yarımmüdafiəçinin bu mövsüm özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb.
Karyerasını başa vurmuş futbolçu gənclərdən Toral Bayramovun da gələcəkdə Azərbaycanın yaxşı futbolçularından birinə çevriləcəyinə inam ifadə edib: "Toral bəzi oyunlarda çıxış etdi, hətta "Sumqayıt"la matçda qol ötürməsi verdi. Baş məşqçi Qurban Qurbanov ona çox güvənir".