Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin Bakıya gələcəyi tarix müəyyənləşib.
İtaliyalı mütəxəssis Sportnet.az-a açıqlamasında avqustun 5-i və ya 7-də paytaxtımızda olacağını bildirib.
Bundan sonra isə 64 yaşlı De Byazi ilə rəsmi müqavilə bağlanacaq.
Qeyd edək ki, təcrübəli mütəxəssisin 1,5 illik sözləşməyə imza atacağı gözlənilir.