Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın bütün potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan təmsilçisi səpələnmişlər səbətində qərarlaşacaq və daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlərdən biri ilə rəqib olacaq. I təsnifat mərhələsində səpələnmişlər səbətindəki 17 klubun hamısı bəllidir. Səpəlməmişlər səbətinə isə 16 komandadan əlavə, 4 komandanın iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi düşəcək.
Çempionlar Liqası, 2020/2021 mövsümü
İlkin mərhələ
Yarımfinallar
“Tre Fiori” (San-Marino) – “Linfild” (Şimali İrlandiya)
“Drita” (Kosovo) – “İnter” (Eskaldes, Andorra)
I təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Lüdoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Qarabağ” (AZƏRBAYCAN), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan)
Səpələnməmişlər: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Tselye” (Sloveniya), “Ararat” (Ermənistan), “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), ilkin mərhələnin qalibi.
İlkin mərhələnin oyunları 8 - 11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. I təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları 18-19 avqustda keçiriləcək.
Qeyd edək ki, qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz.