UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində baş tutmayan "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Kosovo təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu nəticədən sonra I təsnifat mərhələsinə adlayan Şimali İrlandiya klubu Polşanın "Legiya" (Varşava) komandasına rəqib olub.
Qeyd edək ki, avqustun 11-də keçirilməli olan "Drita" - "Linfild" oyunundan əvvəl kosovoluların heyətində 2 futbolçu koronavirusa yoluxduğundan qarşılaşma təxirə salınmış, komanda isə karantinə alınmışdı.