Almaniyanın II Bundesliqasında çıxış edən "Bohum"un futbolçusu Barış Ekincier Azərbaycanın U-21 millisinə dəvət alıb.
Sportnet.az "Reviersport" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Fransa ilə matç üçün komandaya cəlb olunub.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 9-da Sumqayıtdakı "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.