UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, 52 komanda 26 cütlük təşkil edib. Əsas Yolda II təsnifat mərhələsinin 36 cütü ilə yanaşı, Çempionlar Liqasında məğlub olan 3 komandanın və mübarizəyə yeni qoşulan 13 klubun rəqibi müəyyənləşib.
Türkiyə təmsilçilərindən "Beşiktaş" bu raundda “Borats” (Bosniya və Herseqovina) - “Rio Ave” (Portuqaliya) cütünün qalibi, "Alanyaspor" isə “Ventspils” (Latviya) - “Rusenborq” (Norveç) ) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək.
Püşkatmanın nəticələri:
Çempionlar Yolu
"Sarayevo" (Bosniya və Herseqovina) - "Astana" (Qazaxıstan) / "Buduçnost" (Podqoritsa, Monteneqro) cütünün qalibi
"Şerif" (Moldova) - "İnter" (Eskaldes, Andorra) / Dandolk (İrlandiya) cütünün qalibi
"Ararat-Armeniya" (Ermənistan) / "Fola Eş" (Lüksemburq) cütünün qalibi - "Tselye" (Sloveniya)
"Riqa" (Latviya) / "Tre Fiori" (San-Marino) cütünün qalibi - "Seltik" (Şotlandiya)
"KuPS" (Finlandiya) / "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi - "Suduva" (Litva)
"Legiya" (Polşa) - "Sileks" (Şimali Makedoniya) / "Drita" (Kosovo) cütünün qalibi
"Klaksvik" (Farer adaları) - "Konnas Ki" (Uels) / "Dinamo" (Tbilisi, Gürcüstan)
"Yurqorgen" (İsveç) / "Europa" (Cəbəllütariq) cütünün qalibi - ÇFR (Kluj, Rumıniya)
"Linfild" (Şimali İrlandiya) / "Floriana" (Malta) cütünün qalibi - "Flora" (Tallin, Estoniya) / "Reykyavik" (İslandiya) cütünün qalibi
Əsas Yol
"Nomme Kalyu" (Estoniya) / "Mura" (Sloveniya) cütünün "Orxus" (Danimarka) ilə görüşünün qalibi - PSV (Eyndhoven, Niderland)
"Honved" (Macarıstan) / "Malmö" (İsveç) cütünün qalibi - "Lokomotiva" (Zaqreb, Xorvatiya)
"Sportinq" (Portuqaliya) - "Vikinq" (Norveç) / "Aberdin" (Şotlandiya) cütünün qalibi
"Şarlerua" (Belçika) - "Sfintul George" (Moldova) / "Partizan" (Serbiya) cütünün qalibi
"Ventspils" (Latviya) / "Rusenborq" (Norveç) cütünün qalibi - "Alanyaspor" (Türkiyə)
"Kukesi" (Albaniya) / "Volfsburq" (Almaniya) cütünün qalibi - "Desna" (Çerniqov, Ukrayna)
"Hibernians" (Malta) / "Fehervar" (Macarıstan) cütünün qalibi - "Servett" (İsveçrə) / "Reyms" (Fransa) cütünün qalibi
"Teuta" (Albaniya) / "Qranada" (İspaniya) cütünün qalibi - "Lokomotiv" (Tbilisi, Gürcüstan) / "Dinamo" (Moskva, Rusiya) cütünün qalibi
"Riyeka" (Xorvatiya) - "Aris" (Yunanıstan) / "Kolos" (Kovalevka, Ukrayna) cütünün qalibi
"Sankt Qallen" (İsveçrə) - AEK (Afina, Yunanıstan)
LASK (Avstriya) - "Dunayska Streda" (Slovakiya) / "Yablonets" (Çexiya) cütünün qalibi
"Şemrok Rovers" (İrlandiya) / "Milan" (İtaliya) cütünün qalibi - "Budö Qlimt" (Norveç) / "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi
"Botoşani" (Rumıniya) / "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi - "Lokomotiv" (Plovdiv, Bolqarıstan) / "Tottenhem" (İngiltərə) cütünün qalibi
"Bala Taun" (Uels) / "Standard" (Lyej, Belçika) cütünün qalibi - "Voyvodina" (Serbiya)
"Rostov" (Rusiya) - "Makkabi" (Hayfa, İsrail) / "Jelezniçar" (Bosniya və Herseqovina) cütünün qalibinin "Kayrat" (Almatı, Qazaxıstan) komandası ilə görüşünün qalibi
"Proqres" (Lüksemburq) / "Villem II" (Niderland) cütünün qalibi - "Linkoln" (Cəbəllütariq) / "Reyncers" (Şotlandiya) cütünün qalibi
OFI (Yunanıstan) / "Apollon" (Limassol, Kipr) cütünün qalibi - "Hammarbü" (İsveç) / "Lex" (Polşa) cütünün qalibi
"Beşiktaş" (Türkiyə) - "Borats" (Banya Luka, Bosniya və Herseqovina) / "Riu Ave" (Portuqaliya) cütünün qalibi
"Baçka Topola" (Serbiya) / "Styaua" (Rumıniya) cütünün qalibi - "Riteryay" (Litva) / "Slovan" (Liberets, Çexiya)
"Laçi" (Albaniya) / "Hapoel" (Beer-Şeva" (İsrail) cütünün qalibi - "Kolrayan" (Şimali İrlandiya) / "Mozervell" (Şotlandiya)
"Göteborq" (İsveç) / "Kopenhagen" (Danimarka) cütünün qalibi - "Pyast" (Qlivitse, Polşa) / "Hartberq" (Avstriya)
"Osiyek" (Xorvatiya) / "Bazel" (İsveçrə) cütünün qalibi - "Anortosis" (Kipr)
"Neftçi" (AZƏRBAYCAN) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi - "Renova" (Şimali Makedoniya) / "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi
"Viktoriya" (Plzen, Çexiya) - "Sönderyüske" (Danimarka)
"Kaysar" (Kızılorda) (Qazaxıstan) / APOEL (Kipr) cütünün qalibi - "Olimpiya" (Lyublyana" (Sloveniya) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
MOİK (Sofiya, Bolqarıstan) / BATE (Borisov, Belarus) cütünün qalibi - B36 (Torshavn, Farer adaları) / TNS (Uels) cütünün qalibi