Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Kris Kavanaqa yan xətt hakimləri qismində Daniel Riçard Kuk və Sian Massey yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.
Qeyd edək ki, Kris Kavanaq 2019-cu il yanvarın 1-də FIFA referisi adını alıb. 35 yaşlı ədalət təmsilçisi indiyədək nə Azərbaycan, nə də Lüksemburq komandalarının oyunlarına təyinat alıb. Bu, Kavanaqın 6-cı beynəlxalq matçı olacaq.
Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.