UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray" matçına təyinat alan Kevin Klensi əvvəllər də Azərbaycan komandalarının oyunlarını idarə edib.
Sportnet.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi 2015/2016 mövsümündə "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda "Mladost"la 1:1 hesablı heç-heçə ilə başa çatan görüşün baş hakimi olub.
Şotlandiyalı referi həmçinin "Qarabağ"ın 2016/2017 mövsümündə Çempionlar Liqasında II təsnifat mərhələsinin eyni hesabla bitən "Düdelanj"la Lüksemburqdakı matçını idarə edib.
Klensi 2012/2013 mövsümündə "İnter"in (hazırkı "Keşlə) Avropa Liqasının I təsnifat mərhələsində "Trans Narva" ilə evdə 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada iş başında olub. Referi 2012-ci ildə Azərbaycanın U-17 komandasının İspaniyaya 0:2 hesabı ilə uduzuduğu Avropa çempionatının seçmə matçına da təyinal alıb.
Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.