
Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Lids Yunayted" baş məşqçisi Marselo Byelsa ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisin sözləşməsi 2020/2021 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Marselo Byelsa 2018-ci ilin yayında "Lids Yunayted"in baş məşqçisi təyin edilib. Komanda ötən mövsüm onun rəhbərliyi altında 16 il sonra Premyer Liqada iştirak hüququ qazanıb.