"Vaxt azlığına baxmayaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi".
Sportnet.az-ın xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın III turunda səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
33 yaşlı müdafiəçi qələbəni bu cür şərh edib: "Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.