
"Oyun bərabər səviyyədə keçdi. Sadəcə əks-hücumlar matçın taleyini həll etdi. Biz fürsətlərdən yararlana bilmədik, rəqib isə yaxşı istifadə etdi və qələbə qazandı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının V turunda evdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, həftəiçi məşqlərin gedişinə əsasən oyunlarda start heyətini müəyyənləşdirir: "Fərqli heyətə səbəb zədəlilərin olmasıdır. Buna görə məcburi rotasiyalar edirik".
İspaniyalı baş məşqçi son günlər cəbhədə baş verən hadisələrə də münasibət bildirib: "Biz idman adamıyıq. Ölkəmizin mövqeyi bəllidir: Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman insan itkisinə səbəb olur".