
İsrail millisinin futbolçusu Dia Saba Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi "Əl-Nəsr"ə keçib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Çinin "Quançjou" komandasından transfer edilib.
Sabanın keçidi tarixdə ilk dəfə İsrail vətəndaşının ərəb komandasına keçidi ilə əlamətdar olub.
Qeyd edək ki, Dia Saba 2018-ci ildən İsrail yığmasının formasını geyinir. O, ərəb ailəsində anadan olub və müsəlmandır.
Xatırladaq ki, avqustun ortalarında İsrail və BƏƏ arasında diplomatik əlaqələr bərpa olunub.