zərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sının bir neçə futbolçusunda koronavirus aşkarlanıb.
Sportnet.az-ın məlumatına görə, klub test nəticələri müsbət çıxan oyunçuların adlarını açıqlamayıb. "Aleksandriya" əsas komandanın təcrid edildiyini bəyan edib.
Klubun məşqçiləri və işçiləri təcili testdən keçəcəklər.
Qeyd edək ki, Pavel Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.