Türkiyənin "Beşiktaş" futbol komandasında baş məşqçi dəyişikliyi baş verə bilər.
Sportnet.az "CNN Türk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Sərgən Yalçınla yollarını ayırmağa hazırlaşır.
Superliqanın III turunda "Gənclərbirliyi" klubuna 0:1 hesabı ilə uduzduqları oyundan sonra klubun transfer siyasətini tənqid edən 48 yaşlı mütəxəssisin yaxın günlərdə istefaya göndəriləcəyi və onu Samet Aybabanın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Sərgən Yalçın bu ilin yanvarından "Beşiktaş"a başçılıq edir.