Almaniya milli komandasının sabiq futbolçusu Mario Götse "Herta"ya yox, Niderland PSV-sinə keçəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə niderlandlı jurnalist Rik Elfrink şəxsi "Twitter"ində yazıb. O bildirib ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılacaq.
Götse ötən mövsümü Dortmund "Borussiya"sında keçirib. Lakin mövsümün sonunda klub onunla müqaviləni uzatmayıb. Hazırda almaniyalı futbolçu azad agentdir.
Qeyd edək ki, Mario Götse 2014-cü ildə dünya çempionu olub. O, 2017-ci ildən sonra Almaniya millisinə çağırılmayıb.