İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Ule-Qunnar Sulşerlə yollarını ayıra bilər.
Sportnet.az-ın "The Mirror" nəşrinə istinadən məlumatına görə, icraçı direktor Ed Vudvord vəziyyətin dəyişməyəcəyi təqdirdə, tərəddüd etmədən belə bir qərar qəbul etmək niyyətindədir. Baxmayaraq ki, norveçli mütəxəssis "qırmızı şeytanlar"ın əfsanəsi sayılır.
Bu posta əsas namizəd "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettinodur.
Premyer Liqada 3 turdan sonra "Mançester Yunayted" 3 xalla 16-cı pillədə qərarlaşıb. Növbəti tur rəqib "Nyukasl" olacaq.
Qeyd edək ki, Ule-Qunnar Sulşer 2018-ci ildə Joze Mourinyonun əvəzləyərək, "Mançester Yunayted"in sükanı arxasına keçib. Maurisio Poçettino isə "Tottenhem"ə 2014 - 2019-cu illərdə rəhbərlik edib. Argentinalı mütəxəssis London komandası ilə İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının finalınadək irəliləyib.