Azərbaycanlı FIFA hakim-inspektoru Asim Xudiyev UEFA Millətlər Liqasında Belarus və Qazaxıstan yığmaları arasında keçiriləcək oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Xudiyev Aleksandar Stavrevin rəhbərlik etdiyi şimali makedoniyalı hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə lixtenşteynli Eduard Kindle olacaq.
C Liqasında 4-cü qrupun qarşılaşması oktyabrın 14-də Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda gerçəkləşəcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.