Azərbaycan yığmasının Kiprlə keçirdiyi UEFA Millətlər Liqasının IV tur matçının keçirildiyi Albaniyanın Elbasan şəhər stadionunda Əsgər marşı səsləndirilib.
Sportnet.az-ın məlumatına görə, bu, oyunun startı ərəfəsində komandalar meydanda məşqdə olduğu vaxta təsadüf edib. Belə bir addım cəbhədə döyüşən əsgərlərimizə dəstək məqsədilə atılıb.
Oyun neytral meydanda keçirilməsinə baxmayaraq, meydan sahibi qismində Azərbaycan millisi çıxış edib. Görüş isə qolsuz yekunlaşıb.