Hollandiyanın AZ komandasında 9 nəfərin koronavirus testi müsbət nəticə verib.
Sportnet.az-ın məlumatına görə, yoluxanlardan 4-ü əsas, 2-si gənclərdən ibarət komandanın oyunçuları, 3-ü isə klub əməkdaşlarıdır. Onların hamısı təcrid olunub.
4 turdan sonra AZ Hollandiya Erediviziyasında 13-cü yerdə gedir. Avropa Liqasında isə Alkmaar təmsilçisi Xorvatiyanın "Riyeka", İtaliyanın "Napoli" və İspaniyanın "Real Sosyedad" komandaları ilə eyni qrupda yer alıb.