İtaliyanın "Fano" klubunun futbolçusu Rikkardo Karnelutti C Seriyasında V turun "İmoleze" ilə oyununda baxımlı qol vurub.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı müdafiəçi topu meydanın komandasına aid hissəsindən rəqib qapısına göndərib.
Amma italiyalı oyunçunun qolu "Fano"nu məğlubiyyətdən xilas etməyib - 1:2.
Qeyd edək ki, italiyalı futbolçu peşəkar karyerasına "Roma" klubunda başlayıb.