İşğaldan azad olunmuş Füzulinin peşəkar futbol yarışları tarixində yeganə təmsilçisi "Ərgünəş" olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, 1993-cü il mövsümündə I Dəstədə mübarizə aparmış komanda 1 qələbə, 2 heç-heçə və 11 məğlubiyyətlə yadda qalıb.
Azərbaycan Kubokunda isə "Ərgünəş" 1/32 final mərhələsindəki hər iki görüşündə Lənkəran "Xəzər"inə 1:5 hesabı ilə uduzub.