
İspaniyanın "Real Madrid" komandasının kapitanı Serxio Ramos UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda iştirak etməyəcək.
Sportnet.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi Ukrayna "Şaxtyor"u ilə matçı buraxacaq.
Təcrübəli oyunçu La Liqanın VI turunda evdə "Kadis"ə evdə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnib.
Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Real Madrid" - "Şaxtyor" qarşılaşması Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.