
UEFA Çempionlar Liqasında II turun ilk oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, A qrupunda Almaniya "Bavariya"sı ilə yanaşı, İspaniya "Atletiko"su da qələbə qazanıb.
B qrupunda İspaniyanın digər təmsilçisi "Real Madrid" Almaniyanın Mönhenqladbax şəhərində "Borussiya"ya məğlubiyyətdən son anda qurtulub. "Şaxtyor" isə Ukraynada İtaliya "İnter" ilə heç-heçə edərək, liderliyini qoruyub.
C qrupunda "Portu" Portuqaliyada Yunanıstan "Olimpiakos"unu, İngiltərənin "Mançester Siti" komandası isə Fransada "Marsel"i yenməyi bacarıb.
D qrupunda isə İngiltərə "Liverpul"u evdə "Danimarka "Midtüllann"ını yendiyi halda, "Atalanta" İtaliyada Hollandiya "Ayaks"ı ilə heç-heçə edib.
---------------------------
UEFA Çempionlar Liqasında II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunları Ukrayna və Rusiyada keçirilib.
Kiyevdəki "Olimpiyski" stadionunda "Şaxtyor" və İtaliyanın "İnter" komandaları üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Bu nəticədən sonra xalını 4-ə çatdıran Ukrayna təmsilçisi B qrupunda liderliyini davam etdirib. "İnter" isə 2 xalla 2-ci pilləyə yüksəlib.
A qrupunda isə "Lokomotiv" Moskvada Çempionlar Liqasının son qalibi Almaniya "Bavariya"sı ilə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 14-cü dəqiqədə Leon Qoretska açıb. 70-ci dəqiqədə Anton Mirançuk meydan sahiblərinin bərabərlik qolunu vursa da, 79-cu dəqiqədə Coşua Kimmix "Bavariya"nın qələbə topunu vurub. Bununla da Münhen təmsilçisi xalını 6-ya yüksəldərək, liderliyini inamla davam etdirib. "Lokomotiv" isə hələlik 1 xalla 2-ci yerdə gedir.
Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayacaq.
----------------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi Almaniya "Bavariya"sı Moskvada Rusiyanın "Lokomotiv" komandasının qonağı olacaq. A qrupunun digər görüşündə "Atletiko" İspaniyada Avstriya "Zaltsburq"unu qəbul edəcək.
İlk turda məğlub olan İspaniyanın "Real Madrid" komandası Almaniyada Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Ukraynada "Şaxtyor"la qarşılaşacaq.
Çempionlar Liqası
II tur
27 oktyabr
A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) - 1:2
Qollar: Anton Mirançuk, 70 - Leon Qoretska, 14. Coşua Kimmix, 79
24:00. “Atletiko” (İspaniya) – “Zaltsburq” (Avstriya) - 3:2
Qollar: Markos Lyorente, 29. Joau Feliş, 52; 85 - Dominik Şoboşlai, 40. Mergim Berişa, 47
Xal durumu: “Bavariya” - 6, “Atletiko” - 3, “Lokomotiv” - 1, “Zaltsburq” - 1
B qrupu
21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İnter” (İtaliya) - 0:0
24:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real Madrid” (İspaniya) - 2:2
Qollar: Markus Türam, 33; 58 - Kərim Benzema, 87. Kazemiro, 90+3
Xal durumu: “Şaxtyor” - 4, “Borussiya” M - 4, “İnter” - 2, “Real Madrid” - 1
C qrupu
24:00. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Qollar: Fabio Vieyra, 11. Serxio Oliveyra, 85
24:00. “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 0:3
Qollar: Ferran Torres, 18. İlkay Gündoğan, 76. Rahim Sterlinq, 81
Xal durumu: “Mançester Siti” - 6, “Portu” - 3, “Olimpiakos” - 3, “Marsel” - 0
D qrupu
24:00. “Liverpul” (İngiltərə) – “Midtüllann” (Danimarka) - 2:0
Qol: Dioqo Jota, 55. Məhəmməd Salah, 90+3 (pen.)
24:00. “Atalanta” (İtaliya) – “Ayaks” (Niderland) - 2:2
Qollar: Duvan Zapata, 54; 60 - Duşan Tadiç, 30 (pen.). Lassina Traore, 38
Xal durumu: “Liverpul” - 6, “Atalanta” - 4, “Ayaks” - 1, “Midtüllann” - 0