Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda Xomutov şəhərində Çexiya millisi ilə qarşılaşacaq.
Oyunu macarıstanlı baş hakim Eszter Urban idarə edəcək. Ona həmyerliləri Xudit Kulçşar və Katalin Török köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını isə Volqa Tsiareşka (Belarus) yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.