1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Sumqayıt" FK ilk dövrədə nə ilə yadda qaldı? - STATİSTİKA
Azərbaycan Premyer Liqasında 7 turluq 1-ci dövrə artıq geridə qalıb.
Sportnet.az xəbər verir ki, "Sumqayıt" ilk dövrənin oyunlarını 4 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yekunlaşdırıb.
7 oyuna 11 qol vurub, öz qapısında isə 7 top görən komanda 14 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Belə nəticə “Sumqayıt”ın 10 illik tarixində ilk dəfə qeydə alınıb.
Baş məşqçi Ayxan Abbasov geridə qalan 7 tur ərzində 19 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan 7-si – Vurğun Hüseynov, Tellur Mütəllimov, Əli Qurbani, Rəhim Sadıxov, Elvin Bədəlov, Murad Xaçayev və Xəyal Nəcəfov ilk dövrənin bütün qarşılaşmalarında iştirak edib. Onu da qeyd edək ki, Vurğun Hüseynov, Elvin Bədəlov və Tellur Mütəllimov dövrə ərzində əvəzlənməyən futbolçularımız olub.
Komanda ilk dövrədə 11 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 6 qolu Əli Qurbani (7 oyun, 553 dəqiqə) rəqib qapısından keçirib. O, bu göstərici ilə hazırda çempionatın bombardiridir. Digər qolları isə Süleyman Əhmədov, Cəmaləddin Xocaniyazov, Rəhim Sadıxov, Tellur Mütəllimov və Səbuhi Abdullazadə tora ünvanlayıb.
Vurğun Hüseynov – 7 oyun (630 dəqiqə)
Tellur Mütəllimov – 7 (630)
Elvin Bədəlov – 7 (630)
Rəhim Sadıxov – 7 (570)
Əli Qurbani – 7 (553)
Murad Xaçayev – 7 (533)
Xəyal Nəcəfov – 7 (444)
Cəmaləddin Xocaniyazov – 6 (540)
Vüqar Mustafayev – 6 (540)
Aydın Bayramov – 6 (495)
Adəm Həmati – 6 (281)
Eltun Turabov – 5 (220)
Süleyman Əhmədov – 4 (345)
Cavid İmamverdiyev – 4 (122)
Səbuhi Abdullazadə – 3 (130)
Rüfət Abdullazadə – 3 (53)
Kərəm Sultanov – 3 (6)
Mehdi Cənnətov – 2 (145)
Elvin Məmmədov – 1 (74)