Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivədə yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Samir Əliyevin baş məşqçilik etdiyi kollektiv “Sabah”ın 19 yaşlı futbolçulardan ibarət komandası ilə üz-üzə gəlib.
Yığma 3:1 hesablı qələbə qazanıb. Ege Bilselin dubl etdiyi oyunda U-17-nin digər qolunu Ayxan Süleymanlı vurub.