"Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Amma əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. Rəqib isə ilk hissənin sonlarında və ikinci hissənin əvvəlində fərqlənməyi bacardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, meydanda azlıqda qalmaq komandasının işini çətinləşdirib: "Buna baxmayaraq, futbolçularım meydanda əllərindən gələni etdilər, qol da vurduq. Lakin digər qol fürsətlərini dəyərləndirə bilmədik və məğlub olduq".