İngiltərənin "Uotford" klubunun kapitanı Troy Dini "Vulverhempton"a İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu almağı məsləhət görüb.
Sportnet.az xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə "talkSPORT" nəşrinə açıqlama verib.
İngiltərəli oyunçu bildirib ki, klubun portuqaliyalılarla əlaqələri nəzərə alınsa keçid gerçəkləşə bilər: "Ronaldu yaşlanır, ancaq ikinci mərtəbədə yaxşıdır. Təslim olan futbolçuya bənzəmir. Fiziki cəhətdən yaxşıdır, transferdən sonra forma satışı da yüksələcək. "Vulverhempton" qarşıdakı illərdə ilk "6-lıq" üçün mübarizə aparacaq. Ronaldu onların ehtiyac duyduğu oyunçudur. O, "Yuventus"dan ayrılsa, Premyer Liqanın ən yaxşı 10 klubu hücumçunu almağa çalışmasa, təəccüblənərəm".
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında İsveçrənin "Qrashopers" klubunda çıxış edən Renat Dadaşov da müqavilə ilə "Vulverhempton"a məxsusdur. Komandanın heyətində heyətində hazırda portuqaliyanın 11 nümayəndəsi var.