
Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın əsas qapıçısı Ersin Destanoğluna iki oyunluq cəza verib.
Sportnet.az məlumatına görə, buna 19 yaşlı qolkiperin Superliqanın VIII turda "Qaziantep"lə görüşün 56-cı dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.
Destanoğlu cəzalı olduğu üçün "Başakşehir" və "Fənərbağça" ilə matçda meydanda olmayacaq.
Qeyd edək ki, "Beşiktaş" "Qaziantep"ə səfərdə 1:3 hesabı ilə uduzub.