"Təbii ki, məğlubiyyətə görə məyusuq. Amma təslim olmayacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis matçın ağır olacağını bildirib: "Vahid Selimoviç və Dirk Karlson cəzalıdır. Leandro Barreyronun meydana çıxması sual altındadır. Bilirsiniz ki, bu 3 futbolçu aparıcı oyunçulardır və onları əvəzləmək elə də asan deyil. Məhsuldarlıq, iradə, öhdəlik: biz artıq beş oyunda yüksək səviyyədə çıxış etmişik. Bizim üçün çətin olsa da, bu, son deyil. Amma ən yaxşı tərəfimizi bir daha göstərmək istəyirik".
Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.