
"Keşlə" Azərbaycan Premyer Liqasının XII turunun "Səbail"lə oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Klubdan Sportnet.az-a verilən məlumata görə, müdafiəçi İlkin Qırtımov cəzalı, yarımmüdafiəçi Con Kamara isə koronavirusdan yeni sağaldığı üçün sabahkı matçı buraxacaq.
Həmçinin virusa yoluxmuş və hazırda müalicəsini xəstəxanada davam etdirən baş məşqçi Yunis Hüseynov da komandasının sükanı arxasında ola bilməyəcək.
"Səbail" klubunda isə cəzalı və zədəli futbolçu yoxdur.
Qeyd edək ki, dekabrın 20-da keçiriləcək "Keşlə" - "Səbail" matçı saat 16:00-da başlayacaq.