"Bizim bu il üçün Avropa macəramız başa çatdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Uroş Matiç şəxsi instaqram hesabından yazıb.
30 yaşlı serbiyalı yarımmüdafiəçi qış fasiləsinədək çempionatda iki oyunlarının qaldığını xatırladıb: "Zirvədə qalmaq istəyirik. Bu gün də meydana bu məqsədlə çıxacağıq".
Qeyd edək ki, "Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq. Ağdam klubu cari mövsüm Avropa Liqasının I qrupunu bir xalla dördüncü pillədə bitirib.