"Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə 2 qol vurduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" klubunun məşqçisi Emin Ağayev Premyer Liqanın XII turunda səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis ikinci hissəyə yaxşı başlamadıqlarını bildirib: "Fasilədən sonra vəziyyət dəyişdi. Qonaqlar daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir".
Ağayev hazırda avrokuboklara vəsiqəni deyil, aşağı sıralardan qurtulmağı düşündüklərini söyləyib: "Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".
Sonda məşqçi Hendrik Ekşteynin komandaya qayıtmasından sonra oyun planında inkişafa nail olduqlarını vurğulayıb.