"Neftçi"nin futbolçusu Rener Alves növbəti dəfə koronavirus testindən keçib.
Bu barədə Sportnet.az komandanın baş məşqçisi Samir Abasov məlumat verib.
42 yaşlı mütəxəssisin sözlərinə görə, yoluxma şübhəsi olan braziliyalı müdafiəçinin növbəti analizinin cavabı mənfi olub.
Qeyd edək ki, hazırda "Neftçi"də aktiv koronavirus xəstəsi olan Bruno Teluşi və Stiven Monrozun müalicəsi davam edir.