"Sumqayıt" komandasının qış hazırlıq planı bəlli olub.
Sportnet.az xəbər verir ki, komanda üzvləri Azərbaycan Premyer Liqasının qalan hissəsi üçün hazırlıqlara yanvarın 4-dən Sumqayıt şəhərində start verəcəklər.
Toplanış dönəmində iki yoxlama oyunu nəzərdə tutulub. Yanvarın 10-da rəqib "Zirə", yanvarın 14-də isə "Qəbələ" olacaq.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın XIV turunda səfərdə "Keşlə" ilə qarşılaşacaq. Oyun yanvarın 21-də "ASC Arena"da keçiriləcək.