Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, digər məşqçilər və AFFA-nın əməkdaşları ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə edib.
Sportnet.az-ın məlumatına görə, onlar dekabr ayının məvacibindən Fondun hesabına 50 min AZN pul vəsaiti köçürüblər.
Qeyd edək ki, "YAŞAT" Fondu ölkə prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.