"Keşlə" klubu "Zirə"dən ayrılan futbolçu Rəşad Eyubovu heyətinə qatmaq istəyib.
Sportnet.az-ın məlumatına görə, müqavilə şərtləri 28 yaşlı yarımmüdafiəçini qane etməyib.
Eyubov bu səbəbdən təklifi geri çevirib.
Qeyd edək ki, Rəşad Eyubov "Simurq", "Kəpəz" "Qəbələ", "Sumqayıt", "Neftçi", "Sabah" və son olaraq "Zirə"də çıxış edib. O, 4 dəfə Azərbaycan millisinin formasını geyinib.