“Qəbələ” komandası 2020/2021 mövsümünün ikinci hissəsinin hazırlıqlarına start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu gün təmsil etdiyi rayonda bir araya gəlib. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” sabah iki məşq edəcək.
Qeyd edək ki, yanvarın 13-dək Qəbələdə məşq edəcək komanda hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.