
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.
Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq. Yığmanın Xorvatiya və Avstriya ilə oyunları həmin ilin sentyabr, Finlandiya ilə matçı isə noyabr ayına təsadüf edəcək. Qarşılaşmaların dəqiq tarixi bilinmir.
Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar.