"Peyvənd məsələsində çətinlik var. Çünki orada 21 günlük fasilə olmalıdır. Hələlik həkimlərlə bunu müzakirə edirik".
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
O, həkim olmadığı üçün bəzi məsələlərlə bağlı açıqlama verə bilməyəcəyini vurğulayıb: "Hərdən deyirlər ki, 21 gün ərzində idmançı məşq ed bilməz. Həkim omadığm üçün dəqiq cavab verə bilmirəm. Bu gün futbolçularımızı növbədənkənar aşılamaq qeyri-etik olar. UEFA-nın qərarı olsa, peyvəndləmə etmək ola bilər".