
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az TMW nəşrinə istinadən xəbər verir ki, "qartallar" Ukraynanın "Lvov" komandasının hücumçusu Filipe Paxtmannı transfer edib.
Braziliyalı forvard qəsəbə təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, cari mövsüm "Lvov"un heyətində 7 oyun keçirən 21 yaşlı futbolçu qol vura bilməyib.