Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu daha bir il İtaliyanın "Yuventus" klubunun formasını geyinə bilər.
Sportnet.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi 36 yaşlı hücumçunun müqaviləsini 2023-cü ilin yayınadək uzatmağa hazırdır.
Təcrübəli oyunçunun ölkə çempionu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatır. O, cari mövsüm 23 matçda 22 qol vurub.
Qeyd edək ki, 2018-ci ildən "Yuventus"un formasını geyinən Kriştianu Ronaldu həm A Seriyası, həm də İtaliya Super Kubokunun iki dəfə qalibi olub.