Fransa Liqa 1-də çıxış edən "Nim" klubu baş məşqçisi Jerom Arpinyonu istefaya göndərib.
Sportnet.az-ın məlumatına görə, bu vəzifə müvəqqəti olaraq Paskal Planka tapşırılıb.
"Nim" sonuncu - 20-ci pillədə qərarlaşıb. Komanda 22 oyundan 15 xal yığıb və eniş zonasından öndə olan "Nant"dan 4 xal geri qalır.