"Qəbələ" klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"a qarşı keçirdiyi cavab görüşündən əvvəl anlamlı jest edib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmadan öncə Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.
Hədiyyələri "Qəbələ"nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk görüşdə "Qarabağ" 3:1 hesabı ilə qələbə qazanıb.